Damar cərrahı Səbuhi Dadaşov canlı yayımda Diabetik Pəncə mövzusunda çıxış edəcək

Damar cərrahı Səbuhi Dadaşov canlı yayımda Diabetik Pəncə mövzusunda çıxış edəcək
10:36 12 Noyabr 2019
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı damar cərrahı, t.f.d. Dr. Səbuhi Dadaşov 14 noyabr - Ümumdünya Diabetik günündə saat 15.00-da canlı yayımda Diabetik Pəncə mövzusunda çıxış edəcək və izləyicilərin suallarını cavablandıracaq. Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq (https://www.facebook.com/customshospital/). Sualları canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür. Əlavə məlumat üçün (012) 404 08 08 telefon nömrəsinə zəng etmək mümkündür.

Qeyd edək ki, Dr.Səbuhi Dadaşov 2007-ci illərdə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2007-2009-cu illərdə İ.M. Seçenov adına Moskva Tibb Akademiyasında kliniki ordinaturada təhsil alaraq həkim-ordinator, 2009-2012-ci illərdə İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində aspiranturada təhsilini davam etdirmiş və həmin universitetin 1 nömrəli klinik xəstəxanasında həkim-aspirant kimi çalışmışdır. Dr. Səbuhi Dadaşov 2013-cü ildən Mərkəzi Gömrük Hospitalında damar cərrahı kimi çalışır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3147171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR