"Bu xalqın içində bacısını zorlayan da var, anasının..." - Efirdə BİABIR ETDİ - FOTO

"Bu xalqın içində bacısını zorlayan da var, anasının..." - Efirdə BİABIR ETDİ - FOTO
10:42 12 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Aparıcı Tarix Əliyev (Tolik) Şəbnəm Tovuzlunun bir neçə gün öncə dünyasını dəyişən analığı ilə bağlı xoşagəlməz fikirlər yazan sosial şəbəkə istifadəçisini efir vasitəsi ilə sərt tənqid edib.

Milli.Az xəbər verir ki, Tolik təxminən 1 həftə öncə vəfat edən Şəbnəmin analığı ilə bağlı şərh yazan şəxsi biabır edib:

"Yazmısınız "77 yaşında ananın dişlərini düzəltdirərdin". Sən Şəbnəmin yanında idin o, onun dişlərini düzəltdirəndə? Bax bilmədən niyə yazırsınız? Guya siz yazanlar, ananıza Şəbnəmdən yaxşımı baxırsınız? Yazanların 90 faizinin heç anasından xəbəri yoxdur. Bilmir ki, anası haradadır? Bu nədir, ictimaiyyətdə tanınmış olan insanlar haqda yazırsınız? Sizə nə var onun anasından? Siz onun anasının yerinə yaşamısınız?

Yazıblar ki, gör anası harada yaşayır. Sizə nə var? Deyəndə ki, "Xalqımızın çörəyini yeyirik", biz o İnsatqram-da yazanların çörəyini yemirik, heç yemərəm də. Onlara borcum yoxdur mənim. Biz xalq deyəndə hamını nəzərdə tutmuruq. Xalqın içində dövlətini satan da var, xaini də var, anasının başın da kəsən var, bacısını zorlayan da var. Elələri bizim başımızın tacı deyil ha. Heç ayağımızın tozu da ola bilməzlər".

Məhəmməd Vaqif
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/801618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR