Azərbaycan Premyer Liqasında mövsümün 100-cü qolu vurulub

Azərbaycan Premyer Liqasında mövsümün 100-cü qolu vurulub
10:42 12 Noyabr 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün 100-cü qolu vurulub. 
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, XI turun “Sabah” – “Sumqayıt” görüşünə təsadüf edib. Qonaqların 3:1 hesabı ilə qalib gəldiyi matçda vurulan son top mövsümdə 100-cü olub. Yubiley qolunun müəllifi Əmir Ağayev olub.
Ümumilikdə isə 44 oyunda 102 qol vurulub. Orta məhsuldarlıq 2,32-yə bərabərdir.

Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 16-da keçirilən “Keşlə” – “Qarabağ” oyununda (0:1) İsmayıl İbrahimli vurub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-premyer-liqasinda-movsumun-100-cu-qolu-vurulubf

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR