Üç məşhur bir gündə TOY ETDİ

Üç məşhur bir gündə TOY ETDİ
10:58 12 Noyabr 2019
174 Şou
Ölkə mətbuatı
A- A+

Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktyoru Elşad Süleymanın dünən toyu olub.

Publika.az xəbər verir ki, restoranların birində baş tutan toyda aktyorun yaxınları və sənət dostları da iştirak edib. Elşad Süleymanı təbrik etməyə gələnlər arasında aparıcı, aktrisa Ülviyyə Xəlilbəyli, Murad İsmayıl, İbrahim Çingiz, Kamran Yunis, Səfa Mirzəhəsənov, idmançı Rəsul Çunayev və başqaları olub.

Toydan fotolar sosial şəbəkədə yayılıb. Qeyd edək ki, Elşad Süleymanlı aktyorluqla yanaşı, aparıcılıqla da məşğul olur.

Məlumat üçün onu da qeyd edək ki, Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, Əməkdar artist Elman Rəfiyevin oğlu Kamran Rəfizadə ilə müğənni Azad Şabanovun da dünən toyu olub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/295848.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR