Həzm pozulması hansı xəstəliklərdən xəbər verir

Həzm pozulması hansı xəstəliklərdən xəbər verir
11:12 12 Noyabr 2019
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Yeməkdən sonra mədədə ağırlıq hissi praktiki olaraq hər müasir insana tanışdır, çox insanlar isə yanaşı olaraq tez-tez ağrı, köp, qarında qurultu, köpün yaranması, qəbizlik və ya ishal kimi başqa xoşagəlməz simptomlarla rastlaşır. Bu vəziyyətlər getdikcə artaraq iştahanın itməsinə, ümumi zəifliyə gətirib çıxardır. Belə halları həkimlər dispepsiya adlandırırlar. Əvvəllər buna "mədə həzmsizliyi" də deyilirdi. Dispepsiya - bir sıra xəstəliklərdən xəbər verir.

Həzm pozulmasının simptomları. Həzm pozulması zamanlı köp, gəyirmə, döş qəfəsinin aşağı hissəsində daimi ağırlıq hissi, mədənin boş olmasına baxmayaraq mədədə ağırlıq hissi, qıcqırma, qarında sancı, göynəmə kimi əlamətlər həm ayrılıqda, həm də kompleks şəkildə müşahidə olunur.

Həzm pozulması ilə bağlı xəstəliklər. 80%-dən çox insan daimi və ya periodik olaraq həzm pozulması ilə rastlaşır. Qidalanma və həyat tərzi burda vacib faktor hesab edilir. Amma həzm pozulmasını törədən ciddi xəstəliklər də az deyil. Bunlara - mədəaltı vəzinin iltihabı olan pankreatit, qida borusunun diskineziyası, xora xəstəliyi, mədə-bağırsaq yolunda aparılan əməliyyatlar, öd daşı xəstəliyi, lyamblioz, nazik bağırsağın iltihabi xəstəlikləri, qlüten və laktoza dözümsüzlüyü, mukovissidoz (ağır patologiya olub xüsusi fermentlərin olmaması nəticəsində bağırsaq keçməməzliyinə gətirib çıxardır), onkoloji xəstəliklər, mədə sekresiyasının pozulması  aiddir. Həzm pozulması zamanı ferment preparatlarının qəbulu vacibdir, belə ki, dispepsiya həzm fermentlərinin kəskin çatışmazlığı zamanı baş verir. Paralel olaraq həzm pozulmasını törədən xəstəliyi də müalicə etmək lazımdır.

Qidalanma qaydaları. Yalnız təzə qidalar, bişməmiş tərəvəzlərdən istifadə olunduqda həzm prosesisi qaydasında olacaq. Zəngin və tam balanslaşdırılmış qidalardan istifadə etmək lazımdır. Qida məhsullarını çüşidli, monopəhrizdən qaçmaq lazımdır. Mövsümə uyğun qidalanmaq zəruridir: isti vaxtlarda meyvə və tərəvəzlər, soyuqda isə daha çox zülal və yağ tərkibli qidalara üstünlük vermək. Yeməyi tam çeynəyərək, mədəni tam doldurmamaq. Düzgün balanslaşdırılmış qidalanma nəinki sağlam həzm traktına, həm də sağlam orqanizmə sahib olmağın effektiv yoludur.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət   göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.

Sifariş üçün:
+99455 251 77 00 (Whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz.
Çatdırılma ÖDƏNİŞSİZDİR.


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/801626.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR