“Son qərar Messinindir” - “Barselona”nın prezidenti

“Son qərar Messinindir” - “Barselona”nın prezidenti
11:22 12 Noyabr 2019
123 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Barselona" klubunun prezidenti Xosep Maria Bartomeu komandanın hücumçusu Lionel Messi ilə bağlı açıqlama verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, argentinalı futbolçunun gələcəyi ilə bağlı danışan klub rəhbəri bunları deyib:

"Əlbəttə ki, hər iki tərəf Messinin öz gücünü hiss edəcəyi və iddialı olacağı təqdirdə, müqavilənin müddətinin uzadılmasını istəyir. Son qərar Messinindir. O, karyerasını istədiyi vaxt bitirmək haqqına sahibdir. Amma əvvəllər də dediyi kimi, Lionel karyerasını "Barselona"da bitirmək istəyir. Qarşıdakı 2-3 mövsümdə də liderimiz Messi olacaq. O, hələ də gənc və iddialıdır.

Messi daha beş il "Barselona"da oynayacaq. Buna şübhə etmirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/801604.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR