Boliviyanın müdafiə naziri istefa verib

Boliviyanın müdafiə naziri istefa verib
11:22 12 Noyabr 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Boliviyanın müdafiə naziri Xavyer Savaleta istefa verdiyini açıqlayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, o, bu barədə həmvətənlərinə ünvanladığı videomüraciətində bildirib.
X.Savaleta qeyd edib ki, o və Silahlı Qüvvələrin Baş komandanı (istefa vermiş prezident Evo Morales) heç vaxt əsgərlərə və dənizçilərə xalqa qarşı silahdan istifadə etmək əmri verməyib.
"İndi hərbçilər xalqa qarşı silah tətbiq edərsə, bunun məsuliyyəti bu qərarı verənlərin üzərinə düşəcək", - o deyib.
Daha əvvəl Boliviya Silahlı Qüvvələrinin komandanı Uilyams Kaliman polisin istəyi əsasında hərbçilərin də küçələrdə asayişi bərpa etmək işinə cəlb olunacağını açıqlamışdı.
X.Savaleta eyni zamanda prezidentliyə namizəd Karlos MesanıEvo Moralesin yenidən prezident seçilməsinə etiraz edənlərin lideri Luis Fernando Kamaçonu münaqişənin daha da gərginləşməsinə imkan verməməyə çağırıb.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/boliviyanin-mudafie-naziri-istefa-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR