Ukraynanın Xarici İşlər naziri Azərbaycana gələcək

Ukraynanın Xarici İşlər naziri Azərbaycana gələcək
11:27 12 Noyabr 2019
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Ukrayna Xarici İşlər naziri Vadim Pristaykonun Azərbaycana səfəri gözlənilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev deyib.

Səfir bildirib ki, V.Pristaykonun Bakıya səfəri dekabrda nəzərdə tutulur: "Noyabrın 5-də Avropa İttifaqının Şərq Tərəfdaşlığının 10 illik yubileyi münasibətilə üzv ölkələrinin xarici işlər nazirlərinin Stokholmda keçirilən görüşü çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Ukrayna Xarici İşlər naziri Vadim Pristayko ilə görüşüb. Elmar Məmmədyarov həmkarını Azərbaycana səfərə dəvət edib. Yəqin ki, nazir dekabrda Bakıya səfər edəcək. Bu səfərlə zəmin yaranacaq ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin də Azərbaycana səfəri təşkil edilsin".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/801620.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR