Bakıda dəhşətli hadisə - ÖLƏNLƏR VAR

Bakıda dəhşətli hadisə - ÖLƏNLƏR VAR
11:28 12 Noyabr 2019
123 Digər
Ölkə mətbuatı
A- A+

Bakı şəhər Xətai rayonu ərazisində yerləşən Ağ Şəhər yaşayış kompleksində bədbəxt hadisə baş verib.

Publika.az xəbər verir ki, tikinti ərazisində fəhlə işləyən 1993-cü il təvəllüdlü Cavad İlyaslı və 1974-cü il təvəllüdlü Cəmaləddin Mollayev çirkab su quyusunda qazdan boğulublar.

Hər iki şəxsin meyiti Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil erilib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (Əmək mühafizəsi qaydalarını pozma; iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb və işin materialları Bakı şəhər Prokurorluğuna verilib. İstintaq tədbirləri şəhər prokurorluğunda davam etdiriləcək.

Muxtar


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/295863.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR