Məzahir Pənahov: "Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib"

Məzahir Pənahov: "Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib"
11:32 12 Noyabr 2019
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Hesab edirəm ki, bələdiyyə seçkilərində beynəlxalq müşahidəçilərin sayı kifayət qədər olacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov açıqlamasında deyib.

Onun sözlərinə görə, adətən, bələdiyyə seçkilərində beynəlxalq müşahidəçilərin sayı prezident və parlament seçkilərinə nisbətən o qədər də çox olmur: "Amma Mərkəzi Seçki Komissiyası olaraq Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndələrinə artıq dəvət göndərmişik. Çünki Konqres adətən bələdiyyə seçkilərində müşahidələr aparır. Onların gəldiyi qənaət beynəlxalq miqyasda lazımı səviyyədə qarşılanır. Bundan əlavə, 15 müxtəlif ölkənin MSK-na da dəvətlər göndərmişik. Seçki Məcəlləsinin tələblərinə görə, qeyri-hökumət təşkilatlarından da müşahidəçilər dəvət etmək istəsək, onların adına da müraciət göndərə bilərik".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/801642.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR