Azərbaycanda ata oğlunu bıçaqlayıb

Zərdab Rayonunda bıçaqlama hadisəsi qeydə alınıb.

Metbuat.az bildirir ki, Zərdabda ata oğlunu bıçaqlayıb. Hadisə rayon mərkəzində qeydə alınıb. Rayon sakini, 1968-ci il təvəllüdlü Müşfiq Məsim oğlu İsmayılov ailədaxili münaqişə zəminində oğlu, 1995-ci il təvəllüdlü Rüfət Müşfiq oğlu İsmayılovu bıçaqlayıb. Zərərçəkən əvvəlcə Zərdab Rayon Mərkəzi Xəstəxanasına, oradan da Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Rayon Polis şöbəsində cinayət işi açılıb araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR