Azərbaycan gömrükçüləri Rusiyadan gələn şəxsdən qızıl, beşbarmaq və bıçaq aşkar edib

Azərbaycan gömrükçüləri Rusiyadan gələn şəxsdən qızıl, beşbarmaq və bıçaq aşkar edib
11:37 12 Noyabr 2019
101 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, "Samur" gömrük postunun idxal-gömrük nəzarəti xəttinə Rusiyadan daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə baxış keçirilib. 
Bu barədə “Reprot”a DGK-dan məlumat verilib.
Yoxlama zamanı gömrükçülər nəqliyyat vasitəsinin salonunda olan polietilen paketdə gizlədilən müxtəlif ölçüdə və formada, ümumi çəkisi 15,35 qram təşkil edən qızıl qırıntıları aşkarlayıb.
"Samur" gömrük postunun idxal-minik gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi daha bir minik avtomobilinə baxış zamanı isə nəqliyyat vasitəsindəki yüklərdə 1 ədəd "beşbarmaq" və 3 ədəd bıçaq aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/rusiyadan-gelen-sexsden-qizil-besbarmaq-ve-bicaq-askar-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR