Abşeronda villa qarət edildi, 53 min manatlıq NƏ oğurlandı?

Abşeronda villa qarət edildi, 53 min manatlıq NƏ oğurlandı?
11:55 12 Noyabr 2019
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Abşeron rayonunda bağ evindən külli miqdarda oğurluq edilib.

Trend-in məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsində baş verib.

Naməlum şəxslər Poladova Nuranə Asif qızının Masazır qəsəbəsi, S.Aşıq küçəsində yerləşən bağ evinə pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla daxil olaraq evdən 53 min 500 manat dəyərində məişət və geyim əşyalarını oğurlayıblar.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi başlaınıb. Araşdırmalar aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3147257.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR