Azərbaycan Premyer Liqasında mövsümün 100-cü qolu

Azərbaycan Premyer Liqasında mövsümün 100-cü qolu
11:57 12 Noyabr 2019
46 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün 100-cü qolu vurulub. 

Milli.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, XI turun "Sabah" - "Sumqayıt" görüşünə təsadüf edib. Qonaqların 3:1 hesabı ilə qalib gəldiyi matçda vurulan son top mövsümdə 100-cü olub. Yubiley qolunun müəllifi Əmir Ağayev olub.

Ümumilikdə isə 44 oyunda 102 qol vurulub. Orta məhsuldarlıq 2,32-yə bərabərdir. XI turun son matçında daha 2 qol vurulub. "Qarabağ" - "Zirə" görüşü 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 16-da keçirilən "Keşlə" - "Qarabağ" oyununda (0:1) İsmayıl İbrahimli vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/801627.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR