"Ağ şəhər”də iki fəhlənin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi başlanılıb

"Ağ şəhər”də iki fəhlənin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi başlanılıb
11:57 12 Noyabr 2019
128 Digər
Ölkə mətbuatı
A- A+

"Ağ şəhər”də iki fəhlənin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi başlanılıb.
Bakı Şəhər Prokurorluğundan "Report"a verilən məlumata görə, noyabrın 11-i səhər saat 8 radələrində 1993-cü il təvəllüdlü Cavad İlyaslı və 1974-cü il təvəllüdlü Djamaladin Molayevin paytaxtın Xətai rayonu ərazisində yerləşən “Ağ şəhər”də çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş quyuya düşərək ölmələri faktı ilə bağlı Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarını pozma; iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanıb.
Cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Bakı Şəhər Prokurorluğuna tapşırılıb.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/ag-seher-de-iki-fehlenin-kanalizasiya-quyusuna-duserek-olmesi-ile-bag

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR