Ralli üzrə dünya çempionatının son mərhələsi meşə yanğınlarına görə təxirə salınıb

Ralli üzrə dünya çempionatının son mərhələsi meşə yanğınlarına görə təxirə salınıb
12:07 12 Noyabr 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

Noyabrın 14-dən Avstraliyada start götürməli olan ralli üzrə dünya çempionatının (WRC) son mərhələsi təxirə salınıb.
“Report” yarışın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb qitənin şimal-şərq sahillərində baş verən geniş miqyaslı meşə yanğınlarıdır. Rallinin hansı tarixdə reallaşacağı barədə məlumat verilmir.
Qeyd edək ki, “Toyota” komandasından estoniyalı Ott Tyanak 24 - 27 oktyabrda İspaniyada keçirilən mərhələdə çempionluğu vaxtından əvvəl təmin edib.


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/ralli-uzre-dunya-cempionatinin-son-merhelesi-mese-yanginlarina-gore-texire-salinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR