ABŞ-ın xarici ölkələrə yardım edərkən əsaslanacağı meyarlar açıqlanıb

ABŞ-ın xarici ölkələrə yardım edərkən əsaslanacağı meyarlar açıqlanıb
12:32 12 Noyabr 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidentinin köməkçilərinin hazırladıqları plana görə, bundan sonra xarici ölkələrə yardım edərkən onların dini azlıqlara münasibəti əsas götürüləcək.
“Report” “Politico”ya istinadən xəbər verir ki, Ağ evdəki mənbələrə əsasən, hazırda söhbət humanitar yardımdan getsə də, gələcəkdə sözügedən plan hərbi yardımlara da şamil oluna bilər. Plan üzərində çalışmaların hələlik ilkin mərhələdə olduğu bildirilir.
Mənbələrdən birinə görə, bu plan tərtib edilərkən insan alverinə dair illik hesabatlarda aşağı yerlər tutan ölkələrə yardımlara məhdudiyyət gətirən mövcud hüquqi sənədlərin əsas götürülüb.
Hazırlanan müvafiq fərmanın layihəsi Milli Təhlükəsizlik, Daxili Siyasət şuralarında, Dövlət Departamentində, vise-prezident Mayk Pensin ofisində də müzakirə olunub təsdiqlənməlidir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-in-xarici-olkelere-yardim-ederken-esaslanacagi-meyarlar-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR