“Ürəyin həmişə mənimlə birgə ağlayıb”

“Ürəyin həmişə mənimlə birgə ağlayıb”
12:37 12 Noyabr 2019
167 Şou
Ölkə mətbuatı
A- A+

Baxmayaraq ki, mən tamamilə yay insanıyam və günəşdən zövq alıram. Amma ən sevimli ayım noyabrdır. Çünki bu gün mənim ən əziz, qiymətsiz və sevimli anam dünyaya gəlib.  Allah mənə belə möhtəşəm ananı bəxş etdiyinə görə xoşbəxtəm.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkədə yazıb. O, instaqramda anasının fotolarını paylaşaraq ad gününü təbrik edib:

"Mən dünyaya gələn andan hər zaman yanımda olmusan. Özümü pis hiss edəndə ürəyin həmişə mənimlə birgə ağlayıb. Səhv edəndə mənə ağrıya qalib gəlməkdə kömək etmisən, daha sonra qanadlarımı düzəltmisən.

Həyatımda qələbə əldə edəndə isə sən bu dünyanın ən xoşbəxti olmusan. Sənin gözlərin mənə-oğluna görə qürurdan parlayıb. O oğul ki, həmişə yanındadır və sənin arzu-xəyallarını həyata keçirməyə hazırdır. Mənə indiyədək etdiklərin və uzun illər edəcəklərin üçün minnətdaram".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/801638.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR