Zərdab rayonunun yeni icra başçısı kimdir? - DOSYE

Zərdab rayonunun yeni icra başçısı kimdir? - DOSYE
13:03 12 Noyabr 2019
143 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Lütvəli Babayev Zərdab rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yerinə isə Şirvan şəhərinin icra başçısı Mərdan Camalov təyin edilib.

Publika.az xəbər verir ki, Mərdan Camalov 27 may 1956-cı ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub. 1973-1978-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya, 1983-1988-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat İnstitutunun iqtisadiyyat fakultəsini bitirib.

M.T.Camalov əmək fəaliyyətinə 1978-ci ildə Sabirabad rayon Ağacanlı kənd məktəbində müəllim, 1981-1989-cu illərdə Əli Bayramlı şəhər Süni-dəri zavodunda çilingər, usta, növbə ustası, böyük usta, sex rəisi, rəis, 1989-1993-cü illərdə Azərittifaqın Əli bayramlı şəhər İstehlak Cəmiyyətində rəis, sədr, 1993-1995-ci illərdə Azərkooperativ Məişət Ticarət Kontorunun Bakı Universal Bazasının direktoru, 1995-1996-cı ildə “Azəriqaz” Dövlət Şirkətinin Sosial Təchizat Birliyinin rəis müavini, 1996-2005-ci illərdə Quruda Neft və Qazçıxarma İB-nin maddi-texniki təchizat şöbəsinin rəisi vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2005-ci il tarixli 756 saylı Sərəncamı ilə Əli Bayramlı (Şirvan) şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən M.Camalov 14 il bu şəhərə rəhbərlik edib. Ailəlidir, 4 övladı var.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/295874.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR