Perunun Azərbaycandakı səfirliyi fəaliyyətini dayandıracaq

Perunun Azərbaycandakı səfirliyi fəaliyyətini dayandıracaq
13:32 12 Noyabr 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Perunun Azərbaycandakı səfirliyi fəaliyyətini dayandıracaq.
Bu barədə "Report"a bu ölkənin Bakıdakı diplomatik nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar inzibati prosedurlara başlanılıb və ilk addım olaraq Perunun Bakıdakı səfirliyinin konsulluq şöbəsi yalnız dekabrın 15-dək fəaliyyət göstərəcək.
Qeyd olunur ki, Peru səfirliyi Azərbaycandakı fəaliyyətini 2020-ci il martın 1-də tamamilə dayandıracaq.
"Bu tarixdən sonra maraqlananlar Perunun Ankaradakı səfirliyi ilə əlaqə saxlamalıdırlar", - diplomatik nümayəndəlikdən vurğulayıblar.
Xatırladaq ki, Azərbaycanda Peru səfirliyi 2017-ci ilin iyun ayında açılıb.


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/perunun-azerbaycandaki-sefirliyi-fealiyyetini-dayandiracaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR