Yasamalın yeni icra başçısı kimdir?

Yasamalın yeni icra başçısı kimdir?
13:37 12 Noyabr 2019
168 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Yasamal rayonuna yeni icra başçısı təyin edib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yeni təyinat alan Həsənov Elşad Eldar oğlu bu vəzifəyə qədər Milli Məclisin V çağırış deputatı kimi çalışıb. 

1976-cı il təvəllüdlü icra başçısı Gənclər-idman, Elm və təhsil komitəsinin olub. 

Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra BDU-nun cinayət prosesi kafedrasında aspiranturaya qəbul olub. Aspirantura pilləsindən sonra isə namizədlik dissertasiyasını müdafiə edərək, hüquq elmləri namizədi adı alıb. 

Ailəlidir, 2 övladı var. İngilis, rus dillərini bilir. Partiya mənsubiyyəti yoxdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/801683.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR