Mikayıl Cabbarov: “Yüksək gəlirli ölkə xidmət sektorunu inkişaf etdirməlidir”

Mikayıl Cabbarov: “Yüksək gəlirli ölkə xidmət sektorunu inkişaf etdirməlidir”
13:48 12 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

“2020-ci il üçün iqtisadi və sosial inkişaf üzrə konsepsial proqnozlar hazırlanmışdı. Beynəlxalq iqtisadiyyatda sanksiyaların olması qlobal iqtisadi bazarda azalmalar yaradıb. Dövlət büdcəsi üçün hazırlanan konsepsiya da bu amillər nəzərə alınaraq hazırlanıb”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında büdcə müzakirələri zamanı çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Nazir qeyd edib ki, bu gün milli iqtisadiyyatda neft-qaz amili lokomotivliyini saxlamaqdadır:

“Amma bu, həm də inkişafa dəstək verən amildir. Bu məqamlar nəzərə alınaraq dövlət büdcəsində neftin qiyməti 55 dollar götürülüb. TAP-TANAP layihələri dünyanın enerji xəritəsini dəyişərək inkişafa böyük tövhə verəcək. İxrac potensialının artmasında əsas rol qeyri-neft sektorunun üzərinə düşür. Prezident İlham Əliyevin apardığı islahatlar, yeni qurulan istehsal sahələri bir sıra məhsullardan asılılığı azaltmışdı. Xidmət sektorunun 3,6 faiz artacağı proqnozlaşdırır. Azərbaycanın yüksək gəlirli ölkələr sırasında yer alması üçün xidmət sektoru inkişaf etdirilməlidir”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/gundem/295884.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR