Samux sakininin avtomobili hədə-qorxu ilə əlindən alınıb

Samux sakininin avtomobili hədə-qorxu ilə əlindən alınıb
13:57 12 Noyabr 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

Samux sakininin avtomobili hədə-qorxu ilə əlindən alınıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Goranboy Rayon Polis Şöbəsinə müraciət edən Samux rayon sakini E.Avazov noyabrın 9-da Dəliməmmədli şəhərinin ərazisində naməlum şəxsin hədə-qorxu gələrək onun “VAZ-2109” markalı avtomobilini almasını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil noyabrın 11-də Gəncə şəhəri ərazisində tapılıb.
Hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Dəliməmmədli şəhər sakini M.Əkbəri saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/samux-sakininin-avtomobili-hede-qorxu-ile-elinden-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR