Həsən Ruhani: “Ölkəmiz 1979-cu il inqilabından bu yana ən ağır günlərini yaşayır”

Həsən Ruhani: “Ölkəmiz 1979-cu il inqilabından bu yana ən ağır günlərini yaşayır”
14:12 12 Noyabr 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

“Ölkəmiz 1979-cu il inqilabından bu yana ən ağır günlərini yaşayır”.
“Report” "TRTHaber"ə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani ölkəsinin cənubundakı Kirman əyalətinə səfəri zamanı bildlrib.
“İndiyədək neft satışında və bir neft tankerinin hərəkətində bu qədər problemimiz olmayıb”, - deyə prezident vurğulayıb.
Onun sözlərinə görə, 2011-2012-ci illərdə sanksiya tətbiqindən sonra İranın gündəlik neft satışı bir milyon barelə düşmüşdü: “Ancaq nüvə sahəsində əhatəli razılaşma müqaviləsindən sonra bu rəqəm 2 milyon 800 min barelə yüksəldi. İqtisadiyyatdan anlamayanlar “neft satşının dayandırıb, quyuları bağlayaq sonra yenə satarıq” deyirlər. Onlar kənd təsərrüfatı sahəsinin də dayandırmağı təklif edə bilərlər. Ancaq qapıları bağlamaq deyil, açmaq hünər istəyir. Quyuları yenidən işlək hala gətirmək üçün nüvə razılaşmasında sonra 800 milyon dollar xərclədik”, - deyə H.Ruhani ölkəsinin iqtisadi vəziyyətini xatarketrizə edib.
Prezidentin sözlərinə görə, İranın ildə 60 milyard dollarlıq idxalata ehtiyacı var: “Bunu 30 faizini təmin edə bildiymiz halda, neft sata bilmədiyimiz üçün 70 faizi üçün maliyyə mənbəyi tapa bilmirirk”. 


Xəbərin orijinal ünvanı: https://report.az/region/ruhani-bir-tanker-nefti-satmaqda-bu-qeder-problemimiz-olmayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR