Abşeronda villa qarət edildi - 53 minlik oğurluq

Abşeronda villa qarət edildi - 53 minlik oğurluq
14:22 12 Noyabr 2019
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron rayonunda bağ evindən külli miqdarda oğurluq edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində baş verib.

Naməlum şəxslər Poladova Nuranə Asif qızının Masazır qəsəbəsi, S.Aşıq küçəsində yerləşən bağ evinə pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla daxil olaraq evdən 53 min 500 manat dəyərində məişət və geyim əşyalarını oğurlayıblar.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb. Araşdırmalar aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/801649.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR