Abşeron sakinini bıçaqla hədələyərək pulunu aparıblar

Abşeron sakinini bıçaqla hədələyərək pulunu aparıblar
14:32 12 Noyabr 2019
99 Digər
Ölkə mətbuatı
A- A+

Göyçay rayonunda soyğunçuluq hadisəsi baş verib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Göyçay Rayon Polsi Şöbəsinə müraciət edən Abşeron rayon sakini İ.Niftiyev noyabrın 9-da axşam saatlarında şəhər ərazisində 2 nəfərin onu bıçaqla hədələyib 120 manatını, mobil telefonunu və qol saatını almalarını bildirib.
Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla hadisənin açıq talama yolu ilə törədilməsi müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 180.2.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Göyçay şəhər sakinləri Ə.Əsgərov və X.Əhmədov saxlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/abseron-sakinini-bicaqla-hedeleyerek-pulunu-apariblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR