Pakistanın BMT-dəki xoşməramlı səfiri Muniba Mazari Peşə Reabilitasiya Mərkəzində olub (FOTO)

Pakistanın BMT-dəki xoşməramlı səfiri Muniba Mazari 
Peşə Reabilitasiya Mərkəzində olub (FOTO)
15:08 12 Noyabr 2019
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Pakistan İslam Respublikasının BMT-dəki xoşməramlı səfiri Muniba Mazari ölkəmizə səfəri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müasir tələblərə uyğun şəraitin yaradıldığı Mərkəz sağlamlıq imkanları məhdud gənclərin əmək bazarına inteqrasiya olunmasında və ümumən onların sosial reabilitasiyasında önəmli rola malikdir. Mərkəzdəki şəraitlə yaxından tanış olan M.Mazari buradakı gənclərlə söhbət edib. O, gənclərin peşə hazırlığı prosesi, əl işləri, mərkəzdə paralimpiya idman növləri üzrə məşq prosesi, həmçinin aikido idman növü ilə tanışlıq təlimi ilə tanış olub.

M.Mazariyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan və ingilis dillərində nəşr etdirdiyi, əlilliyi olan şəxslərin yaradıcılıq nümunələri barədə foto-məlumatlarla zəngin “Əlillik qüsur deyil” kitab-albomu hədiyyə edilib.

O, sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası sahəsində ölkəmizdə aparılan işlər, həmçinin bu sahədə müasir tələblərə cavab verən belə bir Mərkəzin olması ilə bağlı xoş təəssüratlarını ifadə edib.

M.Mazari 20 yaşı olarkən ağır yol qəzası nəticəsində xəsarətlər alaraq yerimək qabiliyyətini itirib, hətta bir müddət çox sevdiyi rəsm çəkməkdən belə məhrum olur. Buna baxmayaraq, güclü iradəsi həyatın gətirdiyi çətinlikləri dəf etməyə nail olur, həyatda və yaradıcılıqda uğurlar qazanır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3147444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR