"Qarabağ" klubunun üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib

"Qarabağ" klubunun üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib
15:27 12 Noyabr 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

Tofiq Bəhramov adına Respublika stadionunda I Divizionda mübarizə aparan “Qarabağ” klubunun əvəzedici komandasının üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib. 
Seminar iştirakçılarına İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsi haqqında seminar iştirakçılarına məlumat verilib.
Futbolçuların və məşqçilərin sualları cavablandırılan zaman bildirilib ki, bu cür neqativ hallarla və ya şübhəli məqamlarla qarşılaşdıqda əlavə edilmiş linkə daxil olub,  (http://www.affa.az/index.php/news/danlm-oyunlar-v-oyun-nticlrinin-manipulyasiyas/59967) göstərilmiş əlaqə nömrələrinə və ya elektron ünvanlara məlumat göndərə bilərlər. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qarabag-klubunun-uzvlerine-danisilmis-oyunlarla-bagli-seminar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR