Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək

Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək
15:52 12 Noyabr 2019
43 Ölkə
Ölkə mətbuatı
A- A+

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 13-də Tərtər rayonu ərazisində yerləşən AzərbaycanErmənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Oqnyen Yoviç və Gennadi Petrika keçirəcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/801706.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR