İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi doğuşdan sonra ananın ölməsi ilə bağlı məlumat yayıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi doğuşdan sonra ananın ölməsi ilə bağlı məlumat yayıb
15:52 12 Noyabr 2019
52 Digər
Ölkə mətbuatı
A- A+

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ana ölümü ilə bağlı məlumat yayıb.
"Report"a daxil olan məlumatda bildirilib ki, 8 noyabr 2019-ci ildə Yevlax rayon sakini, 28 yaşlı Gülanə Əliyeva ikincili hamiləlik dövründə səhhətində yaranan problemlərlə bağlı ailə həkiminin göndərişi ilə Yevlax rayon Mərkəzi Xəstəxanasına müraciət edib: "Yevlax rayon Mərkəzi Xəstəxanasında aparılmış müayinə nəticəsində G.Əliyevada hamiləliklə yanaşı patologiyalar aşkarlanıb. Tibbi təlimata əsasən o, həmin gün təcili tibbi yardım maşını ilə həkim nəzarəti altında Səhiyyə Nazirliyi akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Patoloji hamiləlik söbəsinə göndərilib. 10 noyabr 2019-cu ildə G.Əliyeva həmin tibb müəssisəsində uşaq dünyaya gətirib. Ananın ölümü doğuşdan sonra baş verib.
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında baş vermiş ana ölümü ilə bağlı araşdırmanın aparılması Səhiyyə Nazirliyinin səlahiyyətindədir".


Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/dovlet-agentliyi-dogusdan-sonra-ananin-olmesi-ile-bagli-melumat-yayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR