Ronaldu anasını sevgilisindən üstün tutdu - FOTO

Ronaldu anasını sevgilisindən üstün tutdu - FOTO
18:12 16 Yanvar 2015
266 Maraqlı
Ölkə mətbuatı
A- A+

Rusiyalı super model İrina Şeyk Ronaldunun anasının ad gününə getməmişdi
Bu yaxınlarda mətbuatda İrina ŞeykKriştinu Ronladunun beş illik münasibətlərdən sonra ayrılıq xəbəri yayıldı. Model İrina Şeyk Ronaldu üçün olduqca əhəmiyyətli olan "Qızıl top" mükafatının təqdimat mərasiminə getməmişdi. Bundan sonra onların ayrılıq xəbəri sürətlə hər tərəfə yayıldı.

Futbolçu da mükafatını alarkən sevgilisini xatırlamadı, yalnız ailəsi haqda danışdı. Bunun ardınca İrina da Ronaldunu sosial şəbəkədəki dostluğundan çıxardı. Beləliklə, xəbər öz təsdiqini tapdı.

Milli.Az-ın məlumatına görə, keçmiş cütlüyə yaxın olan bir şəxs ayrılığın əsl səbəbini mətbuata açıqlayıb. Sən demə, İrina Ronaldunun anası Mariya Doloreşin 60 illik yubiley mərasiminə getməkdən imtina etmişdi. O, Ronaldu ilə birlikdə Madeyraya getməmişdi.

Ronaldu anasına sürpriz etmək, ad gününə sevgilisi İrina ilə birlikdə getmək istəyirdi. Ancaq sevgilisi onu məyus etmişdi. Qadın da oğlunu sevgilisi ilə birlikdə görmək istəyirdi.

Milli.Az










RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR