Ronaldo baş məşqçini təhqir etdi: "it oğlu"

"Yuventus"un portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldo A seriyasında "Milan"la qarşılaşmada əvəzlənməsini müsbət qarşılamayıb.

Mətbuat.az xəbər verir ki, Ronaldo ikinci hissəsinin əvvəlində əvəzlənərkən baş məşqçi Maurisio Sarrinin əlini sıxmayıb.

Bundan əlavə o, birbaşa tribunaya yollanıb. Ardınca isə qarşılaşmanın final fitini gözləmədən evə yollanıb.

"Il Bianconero" portalı iddia edir ki, Kriştiano Ronaldo əvəzləndikdən sonra Sarri tərəfə dönərək portuqal dilində ona "it oğlu" deyərək təhqir edib.(Baku.ws)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR