Ukrayna polisi "Şaxtyor" - "Dinamo" matçı ilə bağlı cinayət işi açıb

Ukrayna polisi "Şaxtyor" - "Dinamo" matçı ilə bağlı cinayət işi açıb
15:57 12 Noyabr 2019
112 Digər
Ölkə mətbuatı
A- A+

Ukrayna polisi Premyer Liqanın XIV turunda keçirilmiş "Şaxtyor" - "Dinamo" matçındakı qalmaqaldan sonra cinayət işi qaldırıb.
"Report"un məlumatına görə, iş "Vətəndaşların bərabər hüquqlarının pozulması" maddəsi ilə açılıb. Görüşün 74-cü dəqiqəsində "Şaxtyor"un futbolçusu Tayson azarkeşlərin şüarlarından sonra onlara orta barmağını göstərib və topu kənara vurub.
Nəticədə oyun dayandırılıb və 31 yaşlı braziliyalı yarımmüdafiəçi göz yaşları ilə meydanı tərk edib. Görüş yenidən başlayandan sonra baş hakim Taysona qırmızı vərəqə göstərib.
Qeyd edək ki, Xarkovdakı "Metallist" stadionunda keçirilmiş qarşılaşma Şaxtyor"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundan sonra Donetsk təmsilçisi irqçilik, irqi ayrıseçkilik və ksenofobiyanı pisləyən bəyanat yayıb. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ukrayna-polisi-saxtyor-dinamo-matci-ile-bagli-cinayet-isi-acib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR