Dövlət Komitəsinin nümayəndə heyətinin Avstriyaya səfəri başlayıb (FOTO)

Dövlət Komitəsinin nümayəndə heyətinin Avstriyaya səfəri başlayıb (FOTO)
17:29 12 Noyabr 2019
163 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Noyabrın 12-də Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyanın paytaxtı Vyanaya səfər edib.

Komitədən Trend-ə verilən məlumata görə, səfər dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun şəhərin Dunay parkında ucaldılmış abidəsinin ziyarətindən başlayıb.

Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Avstriyada fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov və nümayəndə heyətinin üzvləri abidənin önünə gül dəstələri düzüblər.

Qeyd edək ki, görkəmli Avstriya bəstəkarı Motsartın vətənində onun azərbaycanlı həmkarı Üzeyir Hacıbəyovun şərəfinə ucaldılmış abidənin açılış mərasimi 2006-cı il mayın 30-da olub. Abidənin müəllifi tanınmış heykəltaraş, Azərbaycanın xalq rəssamı Ömər Eldarovdur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3147556.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR