Müsavat Partiyasının başqanı sərbəst buraxılıb

Müsavat Partiyasının başqanı sərbəst buraxılıb
17:47 12 Noyabr 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

Müsavat Partiyasının başqanı Arif Hacılı sərbəst buraxılıb.
"Report"un xəbərinə görə, bu barədə "facebook"da partiya sədri özü məlumat verib.

*** 14:15
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb.
Bu barədə "Report"a partiyadan məlumat verilib.
Bildirilib ki, A.Hacılı bu gün polis əməkdaşları tərəfindən saxlanılıb və polis bölməsinə aparılıb.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının noyabrın 12-də BŞİH-in binası qarşısında piket keçirməsi ilə bağlı müraciətinə cavab verərək piketin keçirilməsini məqsədəuyğun saymadığını bildirib. Daha sonra Müsavat Partiyası noyabr ayının 12-də BŞİH-in qarşısında razılaşdırılmamış aksiya keçirəcəyini elan edib.


Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/musavat-partiyasinin-basqani-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR