“Gazelli House” Gözəllik və Sağlamlıq Evi SPA və Vellness Konqresinin “Medical SPA” kateqoriyasının qalibi olub (FOTO)

“Gazelli House” Gözəllik və Sağlamlıq Evi SPA və Vellness Konqresinin “Medical SPA” kateqoriyasının qalibi olub (FOTO)
17:50 12 Noyabr 2019
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakıda keçirilən VI Beynəlxalq SPA və Vellness Konqresi başa çatıb.

Trend-in məlumatına görə, hər il dünyanın müxtəlif ölkələrində təşkil edilən Beynəlxalq Konqres bu il Azərbaycanda keçirilib.

Konqresin işində Azərbaycan, Rusiya, Latviya, Litva, Belarus, İspaniya, İtaliya, Almaniya, ABŞ və digər ölkələrdən mütəxəssislər iştirak ediblər. Tədbir çərçivəsində müxtəlif mövzularda praktik konfranslar, həmçinin SPA mərkəzlərinin rəhbərlərinin, gözəllik dünyası xadimlərinin və dünyaşöhrətli həkimlərin çıxış və məruzələri təşkil edilib.

Konqresin dördüncü, sonuncu günündə təqdimatlar və “Perfect Spa” sahəsində “Day Spa”, “Hotel/Resort SPA” və “Medical SPA” kateqoriyaları üzrə finalçılarının müsabiqəsi keçirilib.

“Gazelli House” gözəllik, sağlamlıq və aktiv uzunömürlülük Evi müsabiqənin digər iştirakçılarını xeyli qabaqlayaraq SPA və Vellness Konqresinin “Medical SPA” kateqoriyasının mütləq qalibi olub.

Müsabiqənin qalibi olmaqla “Gazelli House” SPA və Vellness Beynəlxalq Şurasının prezidenti Yelena Boqaçevanın Azərbaycanda sağlamlıq xidmətləri bazarının çox intensiv inkişaf etməsi fikirlərini təsdiq edib. Bundan sonra “Gazelli House” şirkətinin bakılıların və paytaxtın qonaqlarının sevimli müalicə-sağlamlıq istirahəti olan yeri haqqında ən azı 14 ölkədə məlumat olacaq. Beynəlxalq SPA və Vellness Konqresində məhz sağlamlıq xidmətləri bazarının iştirakçısı olan 200 nəfərin təmsil olunduğu bu sayda ölkə iştirak edib.

Qeyd etmək lazımdır ki, “Gazelli House” “Wellness” mərkəzinin tamamilə yeni formatıdır və özünün 18 illik fəaliyyəti dövründə elmi kəşflər və məxsusi layihələr sayəsində hazırda 5 min kvadratmetrlik ərazidə komfortlu və əlverişli məkanda cavanlıq yaşının uzadılması, həyat ritminin artırılması və bununla da ahıllığın yubadılması üzrə xidmətlər göstərir.

Hazırda “Wellness Club” və “Gazelli House” şirkətinin tərkibində fəaliyyət göstərən laboratoriya Azərbaycanda yeni formatlı və tibbi lisenziyaya malik olan yeganə müalicə-sağlamlıq mərkəzidir.

Mərkəzin tərkibində “LabExpress” erkən diaqnostika laboratoriyası, tibbin SPA ilə vəhdət təşkil etdiyi “Wellness Club”, habelə kitabxana, rəssamlıq qalereyası, kişi və qadın gözəllik salonları, art siniflər, fitness klubu, rəqs, yoqa və pilates sinifləri, kafe, kosmetika və suvenir mağazaları, hətta uşaq otağı fəaliyyət göstərir.

Bu gün paytaxt sakinləri və şəhərin qonaqları öz sağlamlığının qayğısına əvvəlcədən qalmaq üçün Bakının mərkəzində - Teatr meydanında yerləşən “Gazelli House” mərkəzini ziyarət etmək üçün əla imkana malikdirlər.

“Gazelli House” mərkəzində keçirdiyiniz müddət sizin özünüzə həsr etdiyiniz vaxtdır!

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3147583.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR