Əməliyyat təlimi çərçivəsində Naxçıvan Qarnizonu qoşunları döyüşə hazırolma dərəcəsinə gətirilib (VİDEO)

Əməliyyat təlimi çərçivəsində Naxçıvan Qarnizonu qoşunları döyüşə hazırolma dərəcəsinə gətirilib (VİDEO)
17:55 12 Noyabr 2019
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Ordusu miqyasında keçirilən əməliyyat təlimi çərçivəsində Naxçıvan Qarnizonu qoşunlarının birləşmə və hissələri həyəcan siqnalı ilə qaldırılaraq döyüşə hazırolma dərəcəsinə gətirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, üç mərhələdə keçirilən təlimdə birinci eşelon bölmələrinin şərti düşmənin qəfil hücumlarının dəf edilməsi üzrə fəaliyyətləri, birlik, birləşmə və hissələrin hərbi idarəetmə orqanlarının ərazidə açılması və idarəetməni öz üzərinə götürməsi, səfərbərlik ehtiyatlarından döyüş hazırlığını təyin edən mütəxəssislərin və texnikaların qismən qəbulunun təşkili, ümumqoşun, tank, desant və diversiya əleyhinə ehtiyatların döyüş atışlı taktiki təlimdə praktiki fəaliyyətləri məşq etdirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3147586.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR