Müğənni Vüqar Muradovun evindən oğurluq olub

Müğənni Vüqar Muradovun evindən oğurluq olub
18:05 12 Noyabr 2019
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Müğənni Vüqar Muradovun evindən 3500 manat oğurlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ifaçı polisə verdiyi izahatında oğurluq edən şəxsin usta olduğunu bildirib: "Kombi ustası evimdən 3500 manat pulumu oğurlayıb. Pulumu hər zaman evdə istilik sisteminin arxasında saxlayırdım. Dünən səhər bizə gəldi, kombini düzəldib getdi. Yatmışam, ağlıma gəlməyib. O da pulu oradan götürüb gedib. Zəng vurdum ki, qardaş, heç kim bilməyəcək, öz xoşluğunla pulumu gətir qaytar. Mənimlə elə danışdı ki... Dedim, dünən yox, o biri gün oradan 2500 manat pul götürmüşəm, dünən səhər də evə sən gəlmisən. Atama maşın almağa gedirdim. Əlimi atdım ki, pulu götürüm, gördüm, yoxdur".

Müğənni aidiyyəti üzrə Binəqədi rayon 6-cı polis bölməsinə müraciət edib: "Polislər qısa zamanda oğrunu tapdılar və pulu mənə qaytardılar".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/801782.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR