Azərbaycanı təmsil edən komanda Ukraynada kubok aldı

Azərbaycanı təmsil edən komanda Ukraynada kubok aldı
18:22 12 Noyabr 2019
102 Maraqlı
Ölkə mətbuatı
A- A+

Noyabrın 9-da Ukraynanın paytaxtı Kiyevdə Liqa Smexa Qış Kuboku keçirilib. "Liqa Smexa" yarışmasında Azərbaycanı təmsil edən yeganə "Как по Маслу" komandası 2019-cu il Liqa Smexa mövsümünün ən yaxşı səhnəciyinə görə kubok almışdır.

Milli.Az xəbər verir ki, bu kubok Azərbaycan yumorunun şanlı tarixinə düşəcək, çünki Azərbaycanın bu yarışmada qazandığı ilk kubokdur. Xatırladaq ki, "Как по Маслу" komandası Azərbaycanı beynəlxalq yumor arenada təmsil edən yeganə komandadır.

Komandanın kapitanı Cavid Şahbazbəyov bu hadisəni belə şərh etdi: Komandamız hər bir üzvü yüksən nəticə əldə etmək üçün əlinnən gələni etdi və bu kollektiv işinin bir nümunəsidir.

Biz Liqa Smexa rəhbərliyinə, başda Naum İosifoviç Barulya, redaktorlarımız Andrey Petroviç Çivurin və Çingiz Mazinova bizə göstərdikləri qayğı və diqqətə görə minnətdarıq. Komandamızın gələcəyi və inkişafı ilə bağlı nikbinik.

Bütövlükdə Azərbaycan yumorunda durğunluq prosesini müşahidə edən "Как по Маслу" komandası ölkədə yumorun inkişafı prosesində təmiz havaya çevrildi. Bir çox komandanın beynəlxalq yumor festivallarında, layihələrdə Azərbaycanı təmsil etməsi bizi məmnun edəcəkdir, buna görə də Liqa Smexa yarışması bu ildən Azərbaycanda fəaliyyət göstərir.

Bütün bu uğurlar "Final Oil" Tixarət Markasının hərtərəfli dəstəyi sayəsində mümkün olmuşdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/801769.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR