Ombudsman İnstitutunun əməkdaşları ayrı-seçkiliklə mübarizəyə dair beynəlxalq konfransda iştirak ediblər

Ombudsman İnstitutunun əməkdaşları ayrı-seçkiliklə mübarizəyə dair beynəlxalq konfransda iştirak ediblər
18:50 12 Noyabr 2019
215 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının şöbə müdirinin müavini, beynəlxalq əlaqələr sektorunun müdiri Zaur Vəliməmmədli və Quba regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev 7-8 noyabr tarixində Moldovanın paytaxtı Kişinyov şəhərində Avropa İttifaqı və Avropa Şurasının birgə təşkil etdiyi “Ayrı-seçkiliklə mübarizədə öhdəliklərin yerinə yetirilməsi – Avropa insan hüquqları standartları” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak ediblər.

Trend-in məlumatına görə, Avropa İttifaqının və Avropa Şurasının rəsmiləri ilə yanaşı Şərq tərəfdaşlığı ölkələrinin ombudsman institutlarının, qeyri-hökumət təşkilatları nümayəndələrinin təmsil olunduğu tədbirdə Avropa regionunda ayrı-seçkiliyin qarşısının alınması, hüquq bərabərliyinin təmin olunması və bu sahədə ombudsman institutlarının, həmçinin Milli İnsan Hüquqları İnstitutlarının rolunun gücləndirilməsinə dair müzakirələr aparılıb. Müzakirələr zamanı Zaur Vəliməmmədli çıxış edərək, Azərbaycanın etnik tərkib baxımından zəngin ölkə olduğunu, tarix boyu fərqli mədəniyyətlərdən olan əhali qruplarının sülh və dostluq şərəaitində yaşadıqlarını və məhz bu səbəbdən ölkədə mutlikulturalizmin dövlət siyasətinə çevrildiyini qeyd edib. Ölkə Konstitusiyasında və digər qanunvericilik aktlarında ayrı-seçkiliyin ümumiyyətlə qadağan olunduğunu bildirən Aparatın əməkdaşı dərin tarixi köklərə, zəngin mədəniyyətə malik Azərbaycan xalqının adət ənənələrində, mədəni dəyərlərində ayrı-seçkiliyin yolverilməzliyi, fərqli mədəniyyətlərə hörmətlə yanaşma kimi ülvi dəyərlərin üstünlük təşkil etdiyini vurğulayıb.

Z.Vəliməmmədli Azərbaycan Ombudsmanının ayrı-seçkiliklə mübarizə sahəsində həyata keçirdiyi maarifləndirmə tədbirlərindən danışaraq, təsisatın eyni zamanda Birləşmiş Millətlər Təşkilatı sistemində Milli İnsan Hüquqları İnstitutu kimi qeydiyyatdan keçdiyini, insan hüquqlarının səmərəli müdafiəsində mövcud beynəlxalq standartlara tam şəkildə cavab verdiyini vurğulayıb. O, Müvəkkilin təşəbbüsü ilə Ombudsman İnstitutunun nəzdində ölkədə fəaliyyət göstərən QHT rəhbərlərinin təmsil olunduğu müstəqil Ekspertlər şurasının yaradıldığını və bu yaxınlarda həmin şuraya yeni üzvlərin qoşulduğunu diqqətə çatdırıb. O, dövlət qurumlarının vətəndaş cəmiyyəti nümayəndələri ilə fəal əməkdaşlığının ayrı-seçkilikliyin qarşısının alınmasında mühüm rola malik olduğunu vurğulayaraq, Ombudsman İnstitutlarının mahiyyəti etibarilə müstəqil dövlət qurumları olaraq sözü gedən əməkdaşlığın təmin olunması baxımından münbit platformanı təsis edə biləcəklərini qeyd edib və bununla bağlı Azərbaycan Ombudsmanının fəaliyyətindən nümunələr göstərib.

Aparatın əməkdaşı Ombudsmanın regionlarda keçirdiyi ictimai dinləmələrə də toxunaraq yerli icra hakimiyyəti, vətəndaş cəmiyyəti, əhalinin bütün qruplarının icmaları və kütləvi informasiya vasitələrinin nümayəndələri üçün ayrı-seçkiliklə mübarizə aparılması ilə bağlı təşkil olunan maarifləndirmə tədbirlərinin, sülh aylıqlarının vacibliyindən danışıb, nifrət nitqi və ya ayrı-seçkilik hallarının müəyyənləşdirilməsində hüquqi maarifləndirmənin gücləndirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib.

Müzakirələr zamanı Təsisatın Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev iştirakçılara regionda Ombudsmanın əhalinin bütün qruplarının hüquqlarının heç bir ayrı-seçkiliyə yol verilmədən müdafiəsi istiqamətindəki fəaliyyətindən, hüquq pozuntularının qarşısının alınması məqsədi ilə aparılan monitorinqlərdən, mütəmadi şəkildə müxtəlif millətlərin təmsil olunduğu yerli icmaların nümayəndələri ilə keçirilən görüşlərdən danışıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3147442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR