“Karyeramı "Çelsi"də bitirmək istəyirəm" - Kante

“Karyeramı "Çelsi"də bitirmək istəyirəm" - Kante
19:27 12 Noyabr 2019
108 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi"nin yarımmüdafiəçisi  açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı futbolçu, karyerasını "zadəganlar"ın heyətində başa vurmaq istədiyini bildirib:

"Karyeramı "Çelsi"də bitirmək istəyirəm. Klubla 2023-cü ilədək nəzərdə tutulan müqaviləm var. Ümid edirəm ki, bu komanda ilə uğurlu mövsüm keçirərik. Hazırda özümü başqa bir klubda təsəvvür edə bilmirəm.

2015-ci ildə "Marsell"in əvəzinə "Lester"i seçdiyim üçün peşman deyiləm. Daha sonra "Çelsi"yə transfer olundum, burda da kuboklar qazandım. Bu klub mənə çox kömək etdi. İnanıram ki, bu komanda ilə daha çox kubok qazanacağıq".

Qeyd edək ki, 2016-cı ildən "Çelsi"nin şərəfini qoruyan 28 yaşlı futbolçu, cari mövsümdə iştirak etdiyi 7 oyunda 2 qolla yadda qalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/801689.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR