"Bakı"nın sabiq baş məşqçisi Türkiyə klubundakı vəzifəsindən istefa verib

"Bakı"nın sabiq baş məşqçisi Türkiyə klubundakı vəzifəsindən istefa verib
19:32 12 Noyabr 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Super Liqasında çıxış edən "Antalyaspor" komandasının baş məşqçisi Bülent Korkmaz istefa verib.
"Report"un məlumatına görə, bu barədə 51 yaşlı mütəxəssis rəsmi "Instagram" hesabında paylaşım edib. O, klub rəhbərliyinə təşəkkür etdiyini bildirib.
Qeyd edək ki, Bülent Korkmaz 2018-ci ilin iyun ayından "Antalyaspor"a rəhbərlik edib. O, 2009-2010 mövsümündə Azərbaycanda "Bakı" klubunun baş məşqçisi olub. 
Antalyaspor" 11 turdan sonra 11 xalla 15-ci pillədə qərarlaşıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/baki-nin-sabiq-bas-mesqcisi-istefa-verdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR