''Dünyanın ulduzları bir araya gəlsə, sənin yandırdığın bir şamdan parlaq olmaz'' - 36 illik sevgi

''Dünyanın ulduzları bir araya gəlsə, sənin yandırdığın bir şamdan parlaq olmaz'' - 36 illik sevgi
19:57 12 Noyabr 2019
108 Maraqlı
Ölkə mətbuatı
A- A+

İndiki zamanda tez başlayıb, tez də bitən münasibətlərin əksinə onların sevgisi 36 ildir davam edir. Söhbət Goldia Havn və Kurt Russelldən gedir.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, aktrisa Goldia Havn və Kurt Russel 36 il davam edən münasibətləri ilə Hollivud filmlərindəki sevgilərini gerçəyə çeviriblər.

Belə ki, yolları ilk dəfə ''Disney'', daha sonra 1983-cü il də birlikdə baş rola çəkildikləri ''Swing shift'' filmində kəsişib. Filmin çəkilişi baş tutan müddətdə bir-birlərinə aşiq olan cütlük çox keçmədən evləniblər. Hazırda 33 yaşında bir oğlanları var.

Qeyd edək ki, Russell daha əvvəl də xanımı haqqında ''möhtəşəm həyatımı sənə borcluyam. Dünyanın bütün ulduzları bir araya gəlsə, sənin yandırdığın bir şamın işığından daha parlaq ola bilməzlər. Goldiadan başqa heç kimlə ömür sürmək istəməzdim'' sözlərini deyərək, sevgisini etiraf edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/801597.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR