Azərbaycan Gimnastika Federasiyası tamaşaçılara çox maraqlı və gözöxşayan Yeni İl şousu vəd edir

Azərbaycan Gimnastika Federasiyası tamaşaçılara çox maraqlı və gözöxşayan Yeni İl şousu vəd edir
20:17 12 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Azərbaycan Gimnastika Federasiyası həmişə olduğu kimi bu il də tamaşaçılara çox maraqlı və gözöxşayan bir Yeni İl şousu vəd edir.

Milli.Az bildirir ki, federasiyadan Trend-ə verilən məlumata görə, artıq hər kəsin səbirsizliklə gözlədiyi bu şou isə "Tarik Gimmaster və dostlarının sehrli sərgüzəştləri" adlanır.

Şounun süjet xəttinin əsasını Tarik və dostlarının sehrbazlıq biliklərinə yiyələnməsi, macəra axtarışında sehrli idman aləminə səyahəti və ən böyük ovsunun elə dostluğun gücü olması təşkil edir.

Gimnastika növləri üzrə yığma komandaların üzvlərinin canlandıracağı hekayədə əsas qəhrəman Tarik Gimmasterin həyatı o, sehr və çevikliyi öyrənmək üçün Sehrli Gimnastika Arenasına qəbul edildiyi zaman tamamilə dəyişir. Tarik və onun Arenada tanış olduğu etibarlı dostları Həmidə və Rauf sehrli idman dünyasında inanılmaz və ecazkar macəralar aləminə səyahətə çıxırlar. Onları müxtəlif gimnastika növlərində maraqlı sərgüzəştlər və şən sehrbazlıq dərsləri gözləyir. Sonda isə onlar anlayacaqlar ki, idmanda ən qüvvətli sehrbazlığın gücü - dostluğun gücüdür.

Əsrarəngiz dekorasiyalar, bir-birini əvəz edəcək xoş musiqilər və şou iştirakçılarının çox maraqlı nümayişləri sizi Tarik Gimmasterin sehr və ovsun dolu aləminə səyahət etdirəcək.

Hər kəsə yaxşı tanış olan Tarik və onun dostlarının sərgüzəştlərini qaçırmamaq üçün 24 dekabrda Sehrli Gimnastika Arenasına, daha doğrusu Milli Gimnastika Arenasına tələsin.

Şouya biletləri arenanın kassasından və onlayn (https://ticketing.mga.az/az/competition/76/#/buyticket) əldə edə bilərsiniz. Biletlərin qiyməti 15, 20, 25 və 30 manat təşkil edir.

Başlama vaxtı: 18:00

Məkan: Milli Gimnastika Arenası

Telefon: (+994 12/51) 566-96-99

Ünvan: Bakı, H.Əliyev pr., 178

Keçid: "Koroğlu" metro stansiyası

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/801805.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR