İlin futbolçusu seçildi - RONALDO GERİLƏDİ

İlin futbolçusu seçildi - RONALDO GERİLƏDİ
20:28 12 Noyabr 2019
129 İdman
Ölkə mətbuatı
A- A+

Tanınmış “Goal” internet dərgisi ilin ən yaxşı futbolçularının siyahısını açıqlayıb.

Publika.az-ın APA-ya istinadla məlumatına görə, siyahıda 1-ci yeri “Liverpul”un hollandiyalı müdafiəçisi Vircil Van Deyk tutub.

Barselona”nın argentinalı hücumçusu Lionel Messi 2-ci, “Liverpul”un misirli forvardı Məhəmməd Salah 3-cü yeri tutub. “Yuventus”un portuqaliyalı ulduzu Kriştianu Ronaldo isə 4-cü yerlə kifayətlənib.

“Top-10”da Sadio Mane (“Liverpul”, Seneqal), Rahim Sterlinq (“Mançester Siti”, İngiltərə), Alison Beker (“Liverpul”, Braziliya), Frenki De Yonq (“Ayaks”/“Barselona”, Hollandiya), Bernardu Silva (“Mançester Siti”, Portuqaliya) və Kilian Mbappe (PSJ, Fransa) da yer alıblar.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/295922.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR