Boliviya prezidenti istefadan sonra ilk gününü belə keçirib - FOTO

Boliviya prezidenti istefadan sonra ilk gününü belə keçirib - FOTO
20:52 12 Noyabr 2019
140 Dünya
Ölkə mətbuatı
A- A+

Hərbçilərin və polisin tələbi ilə istefa verən Boliviyanın keçmiş prezidenti Evo Morales adi vətəndaş kimi keçirdiyi ilk gününü bölüşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sabiq prezident Tvitter səhifəsində fotosunu paylaşaraq onu gizlədən "Cochabamba tropik birliyi"nə təşəkkürünü bildirib. Morales şəklinə "Bu, çevrilişdən sonra vəzifədən getdikdən sonra ilk gecəmdir. Mesa və Camacho polisə kömək edərək çevrlişi gerçəkləşdirdi. Lider olduğum günləri xatırladım. Məni qoryan Cochabamba tropik birliyindəki qardaşlarıma minnətdaram" yazıb.

Qeyd edək ki, Boliviyada oktyabrın 20-də prezident seçkilərinin nəticələri elan edildikdən sonra ölkədə qarışıqlıq yaranmışdı. 14 il ölkəni idarə edən Morales Konstitusiyada prezidentlik dövrü ilə bağlı maddəni dəyişərək 4-cü dəfə rəhbər seçilmişdi. Bu isə etirazlara səbəb olmuşdu. Bu səbəbdən Morales istefa vermək məcburiyyətində qalmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/801792.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR