Bülənt Qorxmaz istefa verdi

Bülənt Qorxmaz istefa verdi
21:17 12 Noyabr 2019
150 İdman
Ölkə mətbuatı
A- A+

"Antalyaspor"un baş məşqçisi Bülənt Qorxmaz istefa verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə 50 yaşlı mütəxəssis şəxsi İnstaqram hesabında məlumat verib. O, azarkeşlərə, futbolçulara və rəhbərliyə təşəkkür edib:

"Antalyaspor"a gəlməyimizə səbəb olan bütün insanlara, bü günə qədər bizi dəstəkləyən klub prezidenti Ali Şafak Öztürkə, idarə heyətinə, azarkeşlərimizə və futbolçulara təşəkkür edirəm. Haqqınızı halal edin. Hər şey üçün çox təşəkkürlər".

Qeyd edək ki, B. Qorxmazın ötən mövsümün əvvəlindən çalışdırdığı "Antalyaspor" bu mövsüm 11 turdan sonra turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.

Əlavə edək ki, daha öncə "Qalatasaray",  "Karabükspor"da çalışan Qorxmaz 2009-2010 mövsümündə "Bakı" klubunun baş məşqçisi olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/801810.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR