Koçaryan Paşinyanı Azərbaycanla qorxudur

Koçaryan Paşinyanı Azərbaycanla qorxudur
21:32 12 Noyabr 2019
121 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın hazırda həbsdə olan keçmiş prezidenti Robert Koçaryanın noyabrın 11-də "Sputnik Armenii" agentliyinin saytında dərc edilmiş məqaləsi hakim partiya deputatları tərəfindən kəskin tənqid atəşinə tutulub.

AzadlıqRadiosunun Erməni xidməti yazır ki, 2008-ci ildə konstitusiya quruluşunu devirməkdə ittiham edilən və iyunun 25-dən həbsxanada olan Kocharyan bu məqalədə ölkə rəhbərliyini qərbyönümlü olmaqda və Qarabağ münaqişəsinə dair danışıqlarda erməni tərəfinin mövqeyini zəiflətməkdə günahlandırıb.

Koçaryan yazıb ki, Azərbaycan silahlanmanı davam etdirir və müharibə təqdirində bunun miqyası və dağıdıcı nəticələri "əvvəlkindən misli görünməmiş şəkildə" ağır olacaq:

"Ağlara və qaralara bölünmüş Ermənistan belə ssenariyə hazırdırmı?" - deyə, Koçaryan sual edib.

Ermənistan parlamenti müdafiə və təhlükəsizlik komissiyasının sədri, hakim "Mənim addımım" fraksiyasının üzvü Andranik Koçaryan bu məqalə barəsində deyib:

"Pis ssenariləri Robert Koçaryanın hakimiyyəti illərində görmüşük və istəyirik ki, yeni Ermənistan yaxşı ssenariləri nəzərdə tutsun. Ermənistan elə bir gücə malik olsun ki, Ermənistan Respublikası üçün daim yaxşı ssenariləri diqtə edə bilsin".

Paşinyan və Əliyevin "lift söhbətləri"

Öz məqaləsində Robert Koçaryan yazır ki, Nikol Paşinyan Əliyevlə "liftlərdəki təmasları" ilə Vyana və Sankt Peterburqda əldə olunmuş razılaşmaları sıfra endirib.

Koçaryan habelə Ermənistanın və Qarabağın hakim elitaları arasında mürəkkəb münasibətlərdən söz açır. Keçmiş prezident baş nazirin son bəyanatlarına da toxunub:

"Baş nazirin "Qarabağ Ermənistandır və nöqtə!" bəyanatı danışıqları xalqların öz müqəddaratını təyin etmə prinsipindən kənara, bizim üçün arzuolunmaz olan dövlətin ərazi bütövlüyü müstəvisinə aparıb".

Andranik Koçaryan da keçmişləri yada salıb:

"Məncə Koçaryan əvvəlcə cavab verməlidir ki, Meğri məsələsi, Meğri məsələsinin müzakirəsi məsələsi nə vaxt ortalığa çıxıb. O vaxt biz əslində çox təhlükəli uçurumun ucunda yeriyirdik. Allaha şükür bu tələyə düşmədik. Qoy Koçaryan başqa şeylərdən narahat olmasın: Ermənistan və Artsax (Dağlqı Qarabağ - red) vahid təhlükəsizlik sistemindədirlər və öz ərazi bütövlüyünün qorunması və həmin o son məqsədə nail olunmasının həllini birlikdə tapacaqlar".

Moskvanın mesajı

"Mənim addımım" fraksiyasının başqa bir deputatı, xarici əlaqələr komissiyasının sədri Ruben Rubinyanın fikrincə, "bu məqalənin müəllifinin kimliyi məlum olmasaydı, onun məzmunundan belə bir nəticəyə gəlmək olardı ki, onu Azərbaycan siyasi xadimi və ya təhlilçisi yazıb".

Ermənistanın ağlara və qaralara bölünməsi barədə iddia ilə bağlı Rubinyan deyib ki, "hamı onun vaxtında və indi vəziyyətin necə olduğunu yaxşı bilir".

Rubinyan "Artsax Ermənistandır!" kimi "misilsiz bəyanatın" Koçaryanda niyə narazılıq yaratmasının səbəbini başa düşmədiyini deyib.

Robert Koçaryan Paşinyanıı habelə Qərbə meyllənməkdə ittiham edib. Onun sözlərinə görə Paşinyanı Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılmasının tərəfdarları dəstəkləyirlər.

Hakim fraksiyanın deputatı, Avropa İnteqrasiyası komissiyasının üzvü Qayane Abramyan isə deyib ki, Koçaryanın bu məqaləsindən məqsəd Ermənistan-Rusiya münasibətlərini pozmaqdır.

Deputat deyib ki, bu iddia Moskvanın mesajıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/801817.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR