Baş məşqçi istefa verdi

Türkiyə Super Liqasında çıxış edən "Antalyaspor"un baş məşqçisi Bülənt Qorxmaz istefa verib.

Metbuat.az xəbər verir ki, bu barədə 50 yaşlı mütəxəssis "İnstaqram" hesabında məlumat verib.

O, azarkeşlərə, futbolçulara və rəhbərliyə təşəkkür edib: "Antalyaspor"a gəlməyimizə səbəb olan bütün insanlara, bu günə qədər bizi dəstəkləyən klub prezidenti Ali Şafak Öztürkə, idarə heyətinə, azarkeşlərimizə və futbolçulara təşəkkür edirəm. Haqqınızı halal edin. Hər şey üçün çox təşəkkürlər".

Qeyd edək ki, B. Qorxmazın ötən mövsümün əvvəlindən çalışdırdığı "Antalyaspor" bu mövsüm 11 turdan sonra turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR