Tesla Model 3 Manhettendə taksi işləməyə icazə alıb - FOTO

Tesla Model 3 Manhettendə taksi işləməyə icazə alıb - FOTO
23:32 12 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Tesla Model 3 elektrokarı Nyu York hakimiyyətindən taksi fəaliyyəti göstərmək üçün lisenziya alıb. Yaxın zamanlarda elektrokar Manhetteninin məşhur sarı taksilərinin cərgəsinə qoşulacaqdır.

Milli.Az autograph.az-a istinadən bildirir ki, New York Taxi and Limousine Commission hökümət komissiyasının nümayəndəsi Allan Fromberq Carscoops nəşrinə amerikan istehsalı olan Tesla Model 3 elektrokarının Nyu Yorkda sarı taksi kimi fəaliyyət göstərmək hüququna malik olan modellərin siyahısına salındığını bildirib. Hələlik, Tesla Model 3 Manhettendə taxi fəaliyyəti göstərməyə icazə alan yeganə elektrokardır.

Qeyd etmək lazımdır ki, bu siyahıda çoxsaylı hibrid avtomobilləri vardır: Chevrolet Malibu Hybrid, Chrysler Pacifica Hybrid, Ford Fusion Hybrid, Hyundai Sonta Hybrid, Lexus RX 450h və Lincoln MKZ Hybrid. Hubridlərdən başqa bir neçə Toyota modeli də sarı taksi işləyə bilərlər. Bunlar Avalon, Camry, Prius, Highlander və RAV4 modelləridir.

Bundan başqa, Dubay da 200 ədəd Tesla elektrokarlarından ibarət olan taksomotor parkını yaratmaq fikrindədir. Xatırladaq ki, London şəhərinin hakimiyyəti də ekoloji taksilərə keçmək barədə qərar qəbul edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/800164.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR